Avropa Liqasının onluğunda - "Qarabağ" birincidir - FOTO
Avropa Liqasının onluğunda - "Qarabağ" birincidir - FOTO
Hazırda UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların sıralaması açıqlanıb.
Xəbər verilir ki, "10-luq"da Azərbaycan təmsilçisi "Qarabağ" birinci pillədə yer alıb.
Məlumatda bildirilib ki, siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub.
Avroliqa təmsilçimiz son 5 matçın 4-də meydandan qələbə ilə, yalnız birində məğlubiyyətlə ayrılıb.
Qeyd edək ki, "Köhlən atlar"ın UEFA Avropa Liqasının qrup mərhələsində keçirəcəyi növbəti oyun oktyabrın 6-da Yunanıstanda "Olimpiakos" klubuna qarşı olacaq.
Aftafa.tv